Məcburi əməyə yol verilirmi?

Məcburi əməyə yol verilirmi?

Azərbaycan Respublikası Konstitusiyasına əsasən, heç kəs zorla işlədilə bilməz.

Əmək Məcəlləsinə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. (Maddə 17)

Konstitusiyamıza əsasən, məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət zamanı və hәrbi vəziyyət vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. (Maddə 35)

Universitetdə işləməyin son yaş həddi neçədir? – buradan oxu

Əmək Məcəlləsinə əsasən, hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar müvafiq qanunvericilik əsasında, habelə qanuni qüvvəyə minmiş məhkəmə hökmlərinin icrası zamanı müvafiq dövlət orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə məcburi əməyə yol verilir. (Maddə 17)

Nəticədə, qeyd etmək olar ki, yuxarıda sadalananlar istisna olmaqla, məcburi əmək qanunla tamamilə qadağan olunmuşdur və işçini onun razılığı olmadan əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək olmaz.

Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2-ci maddəsinə görə məcburi əmək cinayət məsuliyyəti yaradır. Həmin maddənin məzmunu ilə Cinayət Məcəlləsində tanış ola bilərsiniz.

Qeyd 1: Qeyd olunanları, tətbiq etməzdən əvvəl peşəkar mütəxəssislərdən məsləhət almağınız məsləhət görülür.

Qeyd 2: Bu yazıdan istifadə zamanı müvafiq linkə və ya sayta istinad mütləqdir.

Bunu paylaş