Kimlər övladlığa uşaq götürə bilər?

Kimlər övladlığa uşaq götürə bilər?

Övladlığa götürmək hüququ olmayan şəxslər istisna olmaqla, hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər.

Kimlər övladlığa uşaq götürə bilməz?

  1. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
  2. məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;
  3. qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;
  4. əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;
  5. səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər.

Övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəliklərin siyahısı buradan tanış ola bilərsiniz.

Aralarında nikah olmayan şəxslər birlikdə isə eyni uşağı övladlığa götürə bilməzlər.

Qeyd: 

Qeyd olunanları, tətbiq etməzdən əvvəl peşəkar mütəxəssislərdən məsləhət almağınız məsləhət görülür.

Bunu paylaş