İxtisar zamanı kimlərin işdə saxlanılmaq üstünlüyü var?

İxtisar zamanı kimlərin işdə saxlanılmaq üstünlüyü var?

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsi qeyd olunan məsələyə aydınlıq gətirir.

Belə ki, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır.

İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

Bəs işçilərin ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda nə baş verir?

Bu zaman aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verilir:

  1. şəhid ailəsinin üzvlərinə;
  2. müharibə iştirakçılarına;
  3. əsgər və zabitlərin arvadına (ərinə);
  4. öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
  5. həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara;
  6. xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;
  7. kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

Qeyd: Yazı Azərbaycan Respublikasının 06.09.2019-cu il tarixinə qüvvədə olan Əmək Məcəlləsinə uyğun olaraq hazırlanmışdır.

Qeyd olunanları, tətbiq etməzdən əvvəl peşəkar mütəxəssislərdən məsləhət almağınız məsləhət görülür.

Bunu paylaş