İntizam tənbehim var. Mənə mükafat düşürmü?

İntizam tənbehim var. Mənə mükafat düşürmü?

Suallar:

  1. Barəmdə xəbərdarlıq var. Mənə mükafat verilə bilərmi?
  2. Barəmdə intizam tənbehi var. Mənə mükafat verilməlidirmi?
  3. 7 ay əvvəl intizam xətası törətmişəm. İndi ona görə mənə intizam tənbehi verilə bilərmi?

Adam döymənin cəzası haqqında oxu.

Cavablar:

  1. Xəbərdarlıq intizam tənbehi sayılmır. Sadəcə işçi barəsində intizam tənbehi tətbiq olunmazdan əvvəl şifahi və ya yazılı qaydada verilə bilər.
  2. İşçi barəsində intizam tənbehinin və ya xəbərdarlığın olması onun hər hansı formada mükafatlandırılmasına mane olmur.İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi pul və ya qiymətli əşyalar hədiyyə edilməklə, əlavə məzuniyyət verilməklə, əmək haqqına fərdi əlavə edilməklə, daha yüksək məbləğdə fərdi sığorta edilməklə, sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə, müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.
  3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

Qeyd:

Qeyd olunanları, tətbiq etməzdən əvvəl peşəkar mütəxəssislərdən məsləhət almağınız məsləhət görülür.

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

Bunu paylaş

Leave a Reply