Borc və alimentin əməkhaqqına yönəldilməsi

Borc və alimentin əməkhaqqına yönəldilməsi

Yazının içindəkilər:

  • Tələb borclunun əməkhaqqına yönəldilə bilər?
  • Hansı hallarda tələb borclunun əməkhaqqına yönəldilə bilər?
  • Borclunun əməkhaqqından tutulan məbləğin hesablanması.
  • Əməkhaqqından birdəfəlik tutulma edilə bilərmi?

Tələb borclunun əməkhaqqına yönəldilə bilər?

Məcburi icra tədbiri kimi tələb borclunun əməkhaqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilə bilər.

Hazırda isə əsas mövzu əməkhaqqından tutma olduğuna görə ona aid sualların cavablandırılmasına keçmək olar.

Hansı hallarda tələb borclunun əməkhaqqına yönəldilə bilər?

Tələbin borclunun əməkhaqqına yönəldilməsinə aşağıdakı hallarda yol verilir:

  • vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə;
  • tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə;
  • icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi aşağıda qeyd olunan miqdardan artıq olmadıqda;

Nikah yaşı və nikaha məcbur etmə – haqqında oxu

İcra sənədi icra edilərkən borclunun əməkhaqqından tutmanın məbləği 50 faizdən çox ola bilməz.

Tələb, bir neçə icra sənədi üzrə borclunun əməkhaqqına yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır.

Alimentin tutulması zamanı yuxarıda göstərilən məhdudiyyətlər tətbiq edilmir.

Bu zaman əməkhaqqından tutmanın məbləği 70 faizdən çox ola bilməz.

Borclunun əməkhaqqından tutulan məbləğin hesablanması

Borclunun əməkhaqqından tutulan məbləğin (tutmanın) miqdarı vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanır.

Əməkhaqqından birdəfəlik tutulma edilə bilərmi?

Borcun ümumi məbləği borclunun əməkhaqqısının 50%-dək olan hissəsini təşkil etdiyi halda borc əmək haqqından birdəfəlik qaydada da tutula bilər, hissə-hissə də tutula bilər.

Qalan hallarda əməkhaqqından tutmalar yalnız hissə-hissə 50%-i aşmamaq şərti ilə həyata keçirilməlidir.

Qeyd: 

Qeyd olunanları, tətbiq etməzdən əvvəl peşəkar mütəxəssislərdən məsləhət almağınız məsləhət görülür.

İstinad: “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

Bunu paylaş