Məktəblərdə təhsilin pulsuz həyata keçirilməsi –Təhsil

Məktəblərdə təhsilin pulsuz həyata keçirilməsi –  Təhsil 

Kimin təhsil hüququ var?

Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

Azərbaycanda təhsil pulsuzdur?

Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.

Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

Əcnəbilər Azərbaycan məktəblərində ödənişsiz təhsil ala bilər?

İcbari ümumi orta təhsildə əcnəbilərin təhsili ödənişsiz əsaslarla həyata keçirilir.

İcbari ümumi orta təhsil hansı dövrləri əhatə edir?

Ümumi təhsilin icbari hesab olunan və məzunlarına dövlət təhsil sənədinin verilməsi ilə başa çatan səviyyəsi ümumi orta təhsil hesab edilir və IX sinifə qədər olan dövrü əhatə edir.

9-cu sinifdən sonra dövlət təhsil müəssisələrində təhsil ödənişlidirmi?

Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir.

Ümumi təhsilin səviyyələri isə 11-ci sinif də daxil olmaqla, ona qədər olan bütün dövrləri əhatə edir.

Yuxarıda qeyd olunanlara əsasən, belə qənaətə gəlmək olar ki, dövlət təhsil müəssisələrində vətəndaşlığından asılı olmayaraq hər kəs pulsuz təhsil ala bilər.

 

Qeyd: Qeyd olunanları, tətbiq etməzdən əvvəl peşəkar mütəxəssislərdən məsləhət almağınız məsləhət görülür.

Bunu paylaş